Mbappe Fransa millisinə çağırılmayacaq
03.10.2024 - 16:29
Mbappe Fransa millisinə çağırılmayacaq

"Real"ın hücumçusu Kilian Mbappe oktyabrda keçiriləcək təlim-məşq toplanışına çağırılan Fransa millisinin futbolçuları siyahısında olmayacaq.

Apasport.az "Lequipe"ə istinadla xəbər verir ki, Didye Deşam "Real Madrid"lə razılaşaraq futbolçunu çağırmayacaq.

Kapitan Madriddə qalacaq və formasını bərpa etməyə çalışacaq.

Xatırladaq ki, Mbappe “Alaves”lə oyunda zədələnmişdi. Futbolçu “Atletiko”ya qarşı derbini buraxıb, lakin Çempionlar Liqasında “Lill”ə qarşı oynayıb.

Qeyd edək ki, Fransa millisi oktyabrda Millətlər Liqasında İsrail və Belçika ilə qarşılaşacaq.

 

0