Mbappe Fransa yığmasının məşqini buraxıb - SƏBƏB
07.10.2025 - 13:53
Mbappe Fransa yığmasının məşqini buraxıb - SƏBƏB

Futbol üzrə Fransa millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün hazırlığa başlayıblar.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisinin məşqində iştirak etməyib.

Kilian La Liqada "Villarreal" ilə son matçda (3:1) aldığı zədə səbəbindən məşqi buraxıb.

Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-u Azərbaycan millisinə qarşı çıxış edəcək.