Mərakeş milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Afrika təmsilçisi Məhəmməd Uahbi ilə razılığa gəlib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.
49 yaşlı mütəxəssis daha əvvəl Mərakeşin gənclərdən ibarət yığma komandalarında çalışıb. O, həmçinin Mərakeşin U-20 və U-23 komandalarında, eləcə də Belçikanın “Anderlext” klubunun əsas komandasında köməkçi məşqçi və əvəzedici heyətin baş məşqçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Mərakeş millisi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi