Türkiyə Futbol Federasiyası (TFF) 152 hakimin mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Hakimlər Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən PFDK-ya sövq olunublar.
Məlumata görə, PFDK-ya göndərilən hakimlərdən 7-si ali kateqoriyada yer alan referilərdir. Onların arasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük yer alıb.
Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu daha əvvəl 371 hakimin mərc oyunları saytlarında öz adlarına hesablarının olduğunu, onlardan 152-nin isə aktiv şəkildə mərc oynadığını açıqlamışdı.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA