Braziliyanın "Korintians" klubunun niderlandlı futbolçusu Memfis Depayın pasportu hava limanında oğurlanıb.
Apasport.az ESPN-ə istinadla xəbər verir ki, Braziliyada pasportu oğurlanan 31 yaşlı futbolçu Niderland millisinin düşərgəsinə daha sonra qoşulacaq.
"Narıncılar"ın bombardirinin DÇ-2026-nın seçmə mərhələsində Malta ilə baş tutacaq görüşü buraxacağı ehtimal edilir.
Niderland millisinin baş məşqçisi Ronald Kuman vəziyyəti bu cür şərh edib:
"Bu, həm Depay, həm də bizim üçün xoşagəlməz bir vəziyyətdir. Milli komandaya tam heyətlə hazırlaşmaq istərdik, lakin bizdən asılı olmayan hallar var. Ümid edirik ki, o, ən qısa zamanda təlim-məşq toplanışına qatılacaq".
Niderland dünya çempionatının seçmə mərhələsində oktyabrın 9-da Malta, 12-də isə Finlandiya ilə qarşılaşacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər