
Bir çox məşhur klubların tanınmış keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O təşkilatından 600 min dollar oğurlamaqda ittiham olunur.
Apasport.az xəbər verir ki, əfsanəvi kamerunlu 600 min dollar vəsaitin yuyulmasında şübhəli bilinir. Bu məbləğdə bonus Kamerun millisinin oyunçularına 2023-cü il iyunun 10-da San-Dieqoda (ABŞ) Meksika ilə yoldaşlıq oyunu üçün ödənilməli idi.
Lakin futbolçular vəd olunan pulu ala bilməyiblər.
2021-ci ildən yerli futbol federasiyasına rəhbərlik edən Eto'O ilə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyinə şikayət edilib.
“Real”, “Barselona” və “İnter”in keçmiş futbolçusu son vaxtlar bir sıra qalmaqalların mərkəzində olub.
Onlardan biri 2024-cü ilin sentyabrında, FİFA-nın zorakı davranışına görə Eto'onun Kamerun kişi və qadın millilərinin oyunlarına getməsini qadağan etdiyi zaman baş verib.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə o, azarkeşlərdən birinə qarşı zor tətbiq edib.