Messi daha üç il “İnter Mayami”də - RƏSMİ
23.10.2025 - 19:42
Argentina millisi və "İnter Mayami"nin ulduzu Lionel Messinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi 38 yaşlı hücumçu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Messi daha 3 il "İnter Mayami"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, argentinalı forvard 2023-cü ildən ABŞ təmsilçisinin şərəfini qoruyur. O, bu komanda ilə çıxış etdiyi 82 rəsmi matçda 71 qol və 37 assistlə yadda qalıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0