Messi ilə komanda yoldaşı oldu
22.07.2026 - 23:55
"Mançester Yunayted"lə müqaviləsi başa çatan Kazemironun yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını MLS-də davam etdirəcək.
O, lionel Messinin çıxış etdiyi "İnter Mayami" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kazemiro 2025/26 mövsümündə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0