Messi "İnter Mayami"də daha bir matçı buraxacaq
07.03.2025 - 09:53
Messi "İnter Mayami"də daha bir matçı buraxacaq

"İnter Mayami"nin hücumçusu Lionel Messi daha bir oyunu buraxacaq.

KONKAKAF Çempionlar Kubokunda Messi niyə oynamır?

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu gün KONKAKAF Çempionlar Kuboku çərçivəsində "Kavaliers"lə qarşılaşma üçün heyətə daxil edilməyib.

Argentinalıya əvvəlki matçda olduğu kimi yenə istirahət verilib.

Lionel Messi "İnter Mayami"də neçə oyun buraxıb?

Ümumilikdə, forvard bütün turnirlərdə hazırkı komandasının heyətində artıq 30 oyun buraxıb.

Messinin "İnter Mayami" ilə müqaviləsi nə vaaxt bitəcək? 

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçmişdi. O, əvvəllər PSJ və "Barselona"da çıxış edib. Superulduzun Mayami klubu ilə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq.