Argentina milli komandası və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, 37 yaşlı vinger artıq hər şeyi qazandığını dilə gətirib:
“Hər şeyi qazanmışam və artıq heç nə istəmirəm. Dünya Çempionatını qazana bilmirdim, lakin indi bir Dünya Çempionluğum var. Hər şeyə nail olmuşam, bütün arzularımı reallaşdırmışam”.
Messi həmçinin “Barselona”da çıxış etdiyi vaxtları xatırladıb və o vaxtkı baş məşqçisi Pep Qvardiola haqqında fikirlərini bölüşüb:
“Pep Qvardiola fərqli bir insandır, heç kimin görə bilmədiyi şeyləri görür. O, futbolu çox dəyişdirdi. Həmin vaxt hər kəs oyun stilini bizə bənzətməyə çalışırdı. Əslində o, bu yolla futbola zərər verdi. Çünki hamı bizim kimi oynamaq istəyirdi, lakin biz xüsusi oyunçulardan ibarət komanda idik”.
Qeyd edək ki, Pep 2008-2012-ci illərdə kataloniyalılara rəhbərlik etmişdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI