Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi həyatında gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu əfsanəvi oyunçu, braziliyalı sabiq forvard Ronaldonu fərqləndirib:
“Ronaldo fenomen idi. Gördüyüm bütün futbolçular arasında Ronaldo mənim üçün ən yaxşısı idi. Ona necə baxmağınızdan asılı olmayaraq, heyrətamiz oyunçudur".
Xatırladaq ki, Ronaldo 2 dəfə “Qızıl top”u (1997, 2002) və 2 dəfə də dünya kubokunu (1994, 2002) qazanıb. 2002-ci ildə o, turnirin bombardiri olub. Ronaldo karyerası ərzində Amerika kubokunu və Konfederasiyalar kubokunu da qazanıb. Forvard karyerasını 2011-ci ildə başa vurub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı