Messi Ronaldonun rekordunu təkrarlayıb
16.11.2025 - 12:03
Messi Ronaldonun rekordunu təkrarlayıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisinin Anqola ilə keçirdiyi son yoldaşlıq oyununda fərqlənib.

Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu matçın 82-ci dəqiqəsində hesabı 2:0 edib.

Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. 

Bu göstəriciyə ilk çatmış oyunçu isə Kriştiano Ronaldo idi.

Lionel Messi 2005-ci ildə debüt etdiyi vaxtdan Argentina millisinin heyətində 196 oyunda 115 qol vurub.