Messinin klubu argentinalı müdafiəçi transfer edib
05.01.2026 - 15:18
Müdafiəçi Fakundo Mura Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə keçib.
Apasport.az xəbər verir ki, 26 yaşlı argentinalı müdafiəçi komandaya azad agent kimi qoşulub.
Mura Florida klubu ilə 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.
Futbolçu “Estudiantes”in məzunudur. Onun “İnter Mayami”dən əvvəlki klubu Argentina “Rasinq Avellaneda”sı olub.
“İnter Mayami” son mövsümdə MLS çempionu olub.
0
0