"Milan"da növbəti ayrılıq - RƏSMİ
30.06.2025 - 16:48
"Milan"da növbəti ayrılıq - RƏSMİ

İtaliya A Seriyası təmsilçilərindən “Milan”da daha bir ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, komandanın təcrübəli müdafiəçisi Alessandro Florenzi klubu tərk edib.

Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

34 yaşlı sağ cinah müdafiəçisi ilə başa çatan müqavilə yenilənməyib.

Xatırladaq ki, İtaliya millisinin üzvü Florenzi 2022-ci ildən “rossoneri”nin heyətində çıxış edirdi.

Qeyd edək ki, “Milan” daha əvvəl icarə əsasında çıxış edən Kayl Uolker, Tommi Abraham, Joao Feliks və Rikkardo Sottillə də yollarını ayırıb.