"Milan"dan 23 milyon avroluq transfer - RƏSMİ
04.07.2025 - 09:53
"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Torino" klubunda çıxış edən Samuel Riççini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, "Milan" bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Riççi ötən mövsüm "Torino"nun heyətində 36 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0