"Milan"ın vingeri Rafael Leao "Əl-Hilal"ın maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə klubu portuqal futbolçu uğrunda "Bavariya" və digər Avropa nəhəngləri ilə yarışmağa hazırdır.
Artıq Ər-Riyad klubunun nümayəndələri “rossoneri”nin ulduzu haqda məlumat toplayıb.
"Milan" futbolçu ilə ayrılmaq istəmir. Bu səbəblə İtaliya klubu onun üçün 100 milyon avro tələb edəcək.
26 yaşlı futbolçunun özü də çıxışını Avropada davam etdirməyi planlaşdırır.
"Bavariya" hələ də Rafael Leao üçün əsas namizəd hesab olunur, "Milan" güzəştə getmək istəməsə də, Münhen klubu transferdə israrlıdır.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək