[b]Mourinyodan azarkeşlərə: Onların yerində olsam, oyuna gəlməzdim[/b]
29.07.2018 - 14:38
[b]Mourinyodan azarkeşlərə: Onların yerində olsam, oyuna gəlməzdim[/b]

Joze Mourinyo yenidən maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı ABŞ-da keçirilən Beynəlxalq Çempionlar Kuboku matçı çərçivəsində “Mançester Yunayted” – “Liverpul” qarşılaşmasını izləyən 102 min fanat haqqında danışıb.

 

O, görüşü izləyən azarkeşlərin boş yerə pul xərclədiklərini deyib: “Azarkeşlərin yerinə olsam, oyuna gəlməzdim. Bu komandaları izləmək üçün pul xərcləməyə dəyməz. Düşünürəm ki, amerikalı azarkeşlərin futbol ehtirası bu oyunçulardan daha çoxuna layiqdi. Daha yaxşı heyətləri izləmək lazımdı”.

 

Qeyd edək ki, komandaların əsasən, ehtiyat oyunçularla meydana çıxdığı qarşılaşmanı “Liverpul” 4:1 hesabı ilə qazanıb.

0