Mourinyonun texniki heyəti dəyişdiriləcək
31.05.2025 - 14:35

"Fənərbaxça" mövsümün sonunda Joze Mourinyonun texniki heyətində dəyişiklik edəcək.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Komanda 4 mütəxəssislə sağollaşacaq.
"Sarı-lacivərdlilər" Salvatore Foti, Stefano Rapetti, Luka Fatiqa və Covanni Cerra ilə yollarını ayırmağa qərar verib.
0
0