14 illik “Qalatasaray” karyerasından sonra İstanbul klubunu tərk edən Fernando Musleranın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, uruqvaylı qapıçı karyerasını Argentinada davam etdirəcək.
Muslera “Estudiantes” klubu ilə anlaşma əldə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 39 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalayıb.
Muslera klubun mətbuat xidmətinə açıqlamasında xoşbəxt olduğunu bildirib:
“Çox xoşbəxtəm. Böyük tarixə sahib bir kluba keçəcəyim üçün səbirsizlənirəm. 14 ildən sonra karyeramı başqa bir komandada davam etdirəcəyəm və bunun üçün çox həyəcanlıyam”.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər