Ən yaxşı adına namizədlər – 5 nominasiyada
13.05.2021 - 21:27
Ən yaxşı adına namizədlər – 5 nominasiyada

Fransada mövsümün ən yaxşıları adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yerli mətbuat müxtəlif nominasiya üzrə iddiaçıları müəyyənləşdirib.

Əsasən Fransa Liqa1-də mövsümün ən yaxşısı olmağa namizədlər seçilib. Bununla yanaşı, ölkənin ən yaxşı legioneri seçilmək üçün iki futbolçu yarışacaq.

Liqa1-in ən yaxşı futbolçusu: Benjamin Andre (“Lill”), Kevin Volland (“Monako”)
Ən yaxşı qapıçısı: Jan-Luis Leka (“Lans”), Aleksandre Ukidja (“Mets”), Predraq Raykoviç (“Reyms”)
Ən yaxşı gənc futbolçusu: Sven Botman (“Lill”), Loik Bade (“Lans”), Pape Matar Sarr (“Mets”)
Ən yaxşı baş məşqçisi: Frederik Antonetti (“Mets”), Kristof Qaltyer (“Lill”)
Xaricdə oynayan ən yaxşı fransalı: Antuan Qrizmann (“Barselona”), Jül Kunde (“Sevilya”)

0