İtaliya Superkuboku: “Napoli” finalda
19.12.2025 - 00:57
İtaliya Superkuboku: “Napoli” finalda

İtaliya Superkubokunun ilk finalçısı bəlli olub.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən oyunda “Napoli” “Milan”la üz-üzə gəlib.

Görüş Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Napoli”nin heyətində David Neres və Rasmus Hoylund fərqləniblər.