"Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də
03.09.2025 - 15:55
"Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də

“Sevilya”dan ayrılan Keleçi İhenaçonun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu “Seltik”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nigeriya millisinin üzvü ilə Türkiyənin "Beşiktaş" klubu da yaxından maraqlanırdı.

Qeyd edək ki, İhenaço ötən mövsümün ikinci yarısını icarə əsasında "Midlsbro"da keçirib.