Nigeriyalı müdafiəçi “Trabzonspor”da - RƏSMİ
07.01.2026 - 18:54
Nigeriyalı müdafiəçi “Trabzonspor”da - RƏSMİ

"Trabzonspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Volfsberqer" forması geyinən Çibuyke Nvaivunu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı oyunçu Super Liqa təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb. Qara dəniz klubu nigeriyalı futbolçu üçün qarşı tərəfə 5,5 milyon avro ödəyəcək.

Qeyd edək ki,  Nvaivu bu mövsüm "Volfsberqer" ilə çıxış etdiyi 16 rəsmi matçda 1 qolla yadda qalıb.