Obameyanq Fransaya qayıdır
14.07.2025 - 17:26
Ötən mövsümü Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubunda keçirən Pyer-Emerik Obameyanq karyerasını yenidən Fransada davam etdirəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Marsel” 35 yaşlı hücumçunun keçidi ilə bağlı komandası ilə razılığa gəlib.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Qabon millisinin üzvü 2023/24 mövsümünün sonunda “Marsel”dən 9 milyon avro qarşılığında “Əl-Qadisiya”ya transfer olunmuşdu.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0