Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi
23.11.2025 - 10:24
Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Tvente” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Ozan 73-cü dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunun ötürməsini edib. Beləliklə, komanda hesabı bərabərləşdirib və meydanı 1 xalla tərk edib. 

“Volendam” 13 turdan sonra 14 xalla 13-cü sıradadır.