Pessina “Atalanta”dan gedir
24.06.2022 - 22:02
Pessina “Atalanta”dan gedir

Matteo Pessina “Atalanta”dan ayrılır.

Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi komandasını artıq bu yay dəyişə bilər.

Onun xidmətində “Montsa” maraqlıdır. Pessina karyerasını başladığı bu klubda 2007-15-ci illərəd çıxış edib.

2019/20 mövsümündə Matteonu icarəyə götürən “Verona” da onu ələ keçirməyə çalışır. Həmin vaxt komandanın baş məşqçisi olan İvan Yuriç yenə İtaliya klubunun sükanı arxasındadır və Pessinanı sərəncamında görmək istəyir.

Qeyd edək ki, Matteo 2017-ci ildən “Atalanta”nın formasını geyinir.
 

0