Pleymeyker kimi qapıçı: Ederson tarixə düşdü
15.02.2025 - 23:02
"Mançester Siti"nin qolkiperi Ederson İngiltərə Premyer Liqası tarixinə adını yazdırıb.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu 6 məhsuldar ötürmə ilə Premyer Liqa tarixində ən çox assist edən qapıçı olub.
Ederson bu nailiyyətə "Nyukasl Yunayted"lə matçda (4:0) 1 məhsuldar ötürmə edərək sahib çıxıb.
Qeyd edək ki, bu rekord daha əvvəl karyerası ərzində 5 məhsuldar ötürmə ilə yadda qalan İngiltərə millisinin sabiq qolkiperi Paul Robinsona aid idi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0