Premyer Liqa klubunun müdafiəçisi zədələnib
06.01.2026 - 15:48
“Mançester Siti” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Yoşko Qvardiol sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı futbolçu İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi” ilə matçda (1:1) zədələnib.
BBC-nin məlumatına görə, 23 yaşlı futbolçunun ayaq baldır sümüyü qırılıb. Onuni 3-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
0
0