PSJ 2025-ci ildə qazandığı kubokların sayını altıya çatdırıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi FIFA Qitələrarası Kubokun finalında Braziliyanın “Flamenqo" komandası ilə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında Liqa 1 klubhu daha dəqiq oynayaraq 2:1 hesablı qələbə qazanıb və turnirin qalibi olub.
Bununla da PSJ bir təqvim ili ərzində ən çox titul qazanan klublar sırasına düşüb. Komanda bu göstərici ilə “Barselona” və “Bavariya”nın rekordunu təkrarlayıb. Katalon klubu 2009-cu ildə, Almaniya nəhəngi isə 2020-ci ildə bir ildə 6 kubok qazanmışdı.
Qeyd edək ki, PSJ bundan əvvəl Fransa çempionatı, Fransa Kuboku, Fransa Superkuboku, Çempionlar Liqası və UEFA Superkubokunda da qalib adını qazanmışdı.