“Qalatasaray” – “Atletiko” matçını bu hakim idarə edəcək
19.01.2026 - 13:53
“Qalatasaray” – “Atletiko” matçını bu hakim idarə edəcək

UEFA Çempionlar Liqasında keçiriləcək “Qalatasaray” – “Atletiko Madrid” matçının baş hakimi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Matç rumıniyalı hakim İstvan Kovaça həvalə edilib. Onun köməkçiləri Mihai Marica və Ferencz Tunyog olacaq. Oyunun dördüncü hakimi isə Şabolç Kovaç olacaq. 

Niderlandlı Rob Dieperink oyunda video köməkçi hakim (VAR), Katalin Popa isə AVAR funksiyasını yerinə yetirəcək.

Qarşılaşma 21 yanvar Bakı vaxtilə saat 21:45-də baş tutacaq.