“Qalatasaray” – “Beşiktaş” matçının hakimi bəlli oldu
02.10.2025 - 15:56
“Qalatasaray” – “Beşiktaş” matçının hakimi bəlli oldu

Türkiyə Super Liqasının VIII turunda keçiriləcək “Qalatasaray” – “Beşiktaş” oyununun baş hakimi açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İstanbul derbisini Yasin Kol idarə edəcək. Qarşılaşma oktyabrın 4-də saat 21:00-da start götürəcək.

Qeyd edək ki, turnir cədvəlində “Qalatasaray” 21 xalla liderdir, “Beşiktaş” isə 12 xalla 5-ci pillədə qərarlaşıb.