
Türkiyə Super Liqasında XIV tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün 2 matç baş tutub.
Lider "Qalatasaray" "Rams Park"da Arda Turanın başçılıq etdiyi "Eyüpspor"la qarşılaşıb.
4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.
"Rizəspor" isə "Kayserispor"u qəbul edib. Meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
Beləliklə, aktivində 35 xal olan "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbaxça"nı 1 matç artıq oynamaqla 6 xal qabaqlayır.
"Fənərbaxça" isə fərqi 3 xala endirmək üçün sabah doğma meydanda "Qaziantep"i məğlub etməlidir.
Türkiyə Super Liqası
XIV tur
"Rizəspor" - "Kayserispor" - 3:0
"Qalatasaray" - "Eyüpspor" - 2:2
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb