"Qalatasaray" "Liverpul"a sataşdı: "Yalnız gəzməyəcəksən, amma..."
01.10.2025 - 01:49

"Qalatasaray" "Liverpul" qalibiyyətindən (1:0) sonra rəsmi "X" hesabından maraqlı paylaşım edib.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi ingilis klubunun şüarından istifadə edərək, onlara sataşıb.
Paylaşımda "Sən heç vaxt yalnız gəzməyəcəksən, amma bəzən xalsız gəzəcəksən" deyə qeyd olunub.
Qeyd edək ki, mersisayd klubunun şüarı azərbaycan dilində tərcümədə "sən heç vaxt yalnız gəzməyəcəksən" olan "you will never walk alone" ifadəsidir.
0
0