“Qalatasaray” niderlandlı futbolçu ilə anlaşıb: İstanbula Gedəcək
22.01.2026 - 23:20
“Napoli”nin futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Qalatasaray” hücumçu ilə anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 26 yaşlı vinger İstanbul klubu ilə müqavilə imzalamaq üçün bu gecə İstanbula gedəcək.
Razılaşmaya əsasən, Niderland millisinin üzvü mövsümün sonunadək “sarı-qırmızılılar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Lanq bu mövsüm “Napoli”nin heyətində iştirak etdiyi 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0