"Qalatasaray" qabonlu yarımmüdafiəçini komandada saxlayacaq
16.09.2025 - 11:46

“Qalatasaray” Mario Leminanın müqaviləsini uzatmaq istəyir
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı yarımmüdafiəçini komandada saxlamağı planlaşdırır.
“Sarı-qırmızılılar” qabonlu futbolçunun 2026-cı ildə başa çatacaq müqaviləsini daha bir il uzatmaq niyyətindədir.
Qeyd edək ki, Mario Lemina bu mövsüm “Qalatasaray”ın heyətində 3 rəsmi oyunda iştirak edib.
0
0