"Qalatasaray"da ciddi itki - "Ayaks"la oyunu buraxacaq
03.11.2025 - 17:54
"Qalatasaray"da ciddi itki - "Ayaks"la oyunu buraxacaq

“Qalatasaray” Çempionlar Liqasının dördüncü həftəsində səfərdə “Ayaks”ın qonağı olacaq. 

Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, Yunus Akgün Niderland nəhəngi ilə qarşılaşmada iştirak edə bilməyəcək. 

“Trabzonspor”la oyunda ağrı səbəbindən əvəzlənən futbolçunun “Ayaks”a qarşı oynaması gözlənilmir.

Yunus Akgün bu mövsüm 13 matçda meydana çıxıb. Bazar dəyəri 15 milyon avro olan futbolçu 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Yunus Akgünün "Qalatasaray"la 2029-cu ilə qədər müqaviləsi var.