“Qalatasaray”da yeni müqavilə
29.07.2025 - 17:12

Türkiyə Çempionu “Qalatasaray” müdafiəçisi Metehan Baltacı ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Metehan Baltacı bu mövsüm “cimbom” ilə 18 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0