“Qalatasaray”dan 30 milyon avroluq transfer - RƏSMİ
28.08.2025 - 19:04
"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Monako"da çıxış edən Vilfred Sinqonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "cimbom" bu keçid üçün qarşı tərəfə 30,7 milyon avro ödəyəcək.
24 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalanıb. Fildişi Sahili millisinin üzvü illik 4,8 milyon məvacib qazanacaq.
Qeyd edək ki, Vilfred Sinqo "Monako"ya 2023-cü ildə "Torino"dan 10 milyon avroya transfer edilmişdi.
- Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq
- Fransada ilin ən yaxşı məşqçisi bəlli oldu
- “Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə
- "Qalatasaray" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlar aparır
- “Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb
0
0