“Qalatasaray”dan növbəti transfer - rəsmi
12.02.2025 - 00:11
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" növbəti keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda "Ankaragücü"dən Arda Ünyayı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, "sarı-qırmızılılar" 18 yaşlı oyunçu üçün qarşı tərəfə 500 min avro ödəyəcək.
Qeyd edək ki, türkiyəli müdafiəçi bu mövsüm "Ankaragücü"nün heyətində 4 rəsmi qarşılaşmada iştirak edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0