“Qalatasaray”dan yeni transfer
15.07.2026 - 22:20
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Bernli” klubundan Lesli Çimuanya Uqoçukvunu satınalma şərti ilə icarəyə götürüb.
Tərəflər arasında əldə olunan razılığa əsasən, 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarə müqaviləsinin dəyəri 3 milyon funt sterlinq təşkil edir.
Müqavilədə yer alan satınalma bəndi isə 22,5 milyon funt sterlinq məbləğində müəyyənləşdirilib.
Razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi mövsüm ərzində 2,65 milyon avro məbləğində məvacib əldə edəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0