“Qalatasaray”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər
16.11.2025 - 00:51
"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Göztəpə" avstriyalı vingerlə yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İzmir təmsilçisi "Qalatasaray"da heyətə düşə bilməyən Yusufu icarəyə götürmək istəyir. 22 yaşlı oyunçu özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer edib.
0
0