“Qarabağ” reytinqdə geriləyib
15.12.2024 - 12:37
“Qarabağ” reytinqdə geriləyib

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VI, Konfrans Liqasında V turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Səfərdə “Elfsborq”a 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 63-64-cü yerləri bölüşür.

Ağdam klubunun hesabında 32,000 xal var. “Qarabağ” bir addım geriləyib. Belçikanın “Yunion” klubu “Nitsa” üzərində 2:1 hesablı qələbə ilə xallarının sayını 33,000-a çatdırmaqla Azərbaycan çempionunu geridə qoyub. Daha bir komanda isə “Qarabağ”a şərik çıxıb. “Aston Villa” hesabını 32,000 xala yüksəldib.

“Neftçi” 8,000 xalla 177-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.

0