Qazaxıstan yığmasının baş məşqçisi müəyyənləşib
03.12.2025 - 15:26
Qazaxıstan yığmasının baş məşqçisi müəyyənləşib

Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandanı Talqat Baysufinov çalışdıracaq.

Sentyabrda yığmanın müvəqqəti çalışdırıcısı təyin olunan mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Qazaxıstan millisi Talqat Baysufinovun rəhbərliyi altında 4 oyun keçirib. Həmin matçlardan 3-ü DÇ-2026-nın seçmə mərhələsinə təsadüf edib. J qrupunda mübarizə aparan yığma yekunda 4-cü yeri tutaraq dünya çempionatından kənarda qalıb.