“Qızıl top”un yeni favoritləri
31.10.2023 - 17:16
“Qızıl top”un yeni favoritləri

“Qızıl top” mükafatının növbəti qalibi olmağa əsas namizədlərin siyahısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, 2024-cü ildə ən yaxşı futbolçu adını qazanmağa əsas namizəd Cud Bellinqemdir.

“Real”ın ingiltərəli ulduzu bukmeker kontorlarının siyahısına başçılıq edir. Onun “Qızıl top” almaq əmsalı 4,00-a bərabərdir.

Bellinqem Kilian Mbappe və Erlinq Halandı geridə qoyub. Namizədlər siyahısında Lionel Messi və Kriştiano Ronaldo da var.

Qeyd edək ki, dünən Parisdə təqdim olunan sonuncu mükafata Messi sahib çıxıb.

1. Cud Bellinqem (“Real”) – 4,00
2. Kilian Mbappe (PSJ) – 5,00
3. Erlinq Haland (“Mançester Siti”) – 5,50
4. Harri Keyn (“Bavariya”) – 7,00
5. Lionel Messi (“İnter Mayami”) – 8,00
6-7. Kevin de Bruyne (“Mançester Sit”) – 21,00
Vinisius Junior (“Real”) – 21,00
8-9. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 26,00
Məhəmməd Salah (“Liverpul”) – 26,00
10-11. Robert Levandovski (“Barselona”) – 34,00
Camal Musiala (“Bavariya”) – 34,00
 

0