Raşford PSJ-nin radarında
29.11.2025 - 00:16
PSJ “Barselona”nın hücumçusu Markus Raşfordla maraqlanır.
Apasport.az xəbər verir ki, parislilər müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan ingiltərəli futbolçunu heyətinə qatmaq üçün ciddi səy göstərəcək.
Kataloniyalıların da transfer hüququna sahib olmaq istədiyi 28 yaşlı vinger üçün Fransa təmsilçisi 50 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0