"Şalke" Raul Qonzalesi baş məşqçi kimi təyin etməyi planlaşdırır.
Apasport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, ötən ilin sonunda klub idman direktoru Mark Vilmots, baş məşqçi Karel Gerarts və köməkçisi Tim Smuldersi istefaya göndərib.
Qışda “şaxtaçılar” Raula dəvət göndərsə də, o, “Kastilya”da qalmağa üstünlük vermişdi. İndi isə komandaya Kis van Vonderen rəhbərlik edir.
Qeyd edək ki, Raulun hazırkı komandası ilə müqaviləsi yaya qədər qüvvədədir və o, böyük ehtimalla mövsümün sonuna yaxın İspaniyadan ayrılaraq “Şalke”yə keçəcək.
Xatırladaq ki, veteran futbolçu 2010-2012-ci illərdə “Şalke”nin formasını geyinib.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR