Raul “Real”ı tərk etdi - RƏSMİ
27.05.2025 - 18:13
Raul “Real”ı tərk etdi - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən “Real Madrid” B komandasının baş məşqçisi Raul Qonzalez klubu tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Xatırladaq ki, 47 yaşlı mütəxəssis 2019-cu ildən İspaniya təmsilçisinə rəhbərlik edirdi.