“Real” İspaniya Superkubokunun finalında
09.01.2026 - 00:58
İspaniya Superkubokunda daha bir finalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında “Atletiko” ilə “Real Madrid” üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qolun şahidi olublar. Oyun “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv bu nəticə ilə adını finala yazdırıb. Onlar həlledici qarşılaşmada “Barselona” ilə üz-üzə gələcəklər.
0
0