"Real Madrid" La Liqada məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb
15.05.2024 - 11:34
"Real Madrid" La Liqada məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb

İspaniya çempionatının 36-cı turunda "Real Madrid" "Alaves"i məğlub edib. 

Apasport.az xəbər verir ki, La Liqa çempionu 5 cavabsız qolla qələbə qazanıb. 

Bu, Madrid klubunun İspaniya çempionatında uduzmadığı ardıcıl 30-cu matç olub. Karlo Ançelottinin yetirmələri sonuncu dəfə İspaniya çempionatının VI turunda "Atletiko Madrid"ə məğlub olublar.

İspaniya La Liqasının növbəti turunda “Real” səfərdə “Vilyarreal”la qarşılaşacaq.

0