"Real Madrid”in futbolçusu “İnter”in radarında
19.01.2026 - 11:18
"Real Madrid”in futbolçusu “İnter”in radarında

İtaliyanın “İnter” klubu yay transfer pəncərəsində “Real Madrid”in gənc futbolçularından biri üçün ciddi addım ata bilər.

Apasport.az xəbər verir ki, söhbət 18 yaşlı hücumameylli yarımmüdafiəçi Franko Mastantuonodan gedir.

“İnter” Frankonu hazırda ən “əlçatan” transfer hədəfi kimi qiymətləndirir.

İtaliya nəhəngi perspektivli futbolçunu heyətə qatmaq üçün əhəmiyyətli maliyyə vəsaiti ayırmağa hazırdır. 

Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 19 matça çıxıb, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.